Zəngli saatsız oyanmaq üçün nə etmək lazımdır?

Yuxu —  çox dərin və maraqlı mövzudur. Müvəffəqiyyət qazanmış çox insanlar deyirlər ki, erkən səhərdən işləməyə başlayırlar. O zaman onların effektivliyi və işləmək qabiliyyəti yuxarı olur. Bəz necə zəngli saat olmadan oyana bilərik?

Ritmə girmək

1.  Sizə həftə günlərinin əksəriyyətində oyanmaq lazım  olan vaxtı müəyyən edin. Bunu öz hədəfiniz edin.

2. Bu vaxta zəngli saatı işə salın. Bizim bədənimiz dövrlərə uyğunlaşır. Eyni zamanda durmağa məşq edərək, siz birgünlük ritmi yaradırsınız, hansına ki, orqanizm uyğunlaşacaq.

3. Sizə yuxu üçün neçə saat lazım olduğnu müəyyən edin.  Yaşdan asılı ehtimal olaraq, sizə, hər gecə 7-dən 10 saata qədər yuxu tələb olunur.

4. Hər gün təxmini eyni vaxtı yatmağa çalışın.

5. Zəngli saatdan imtina edin. Ən azı bir yuxu rejiminə riayət etmədən bir həftə sonra  zəngli saatdan imtina edə bilərsiniz.

Öz hislərinizdən istifadə edin

Hansı vəziyyətdə və şəraitdə siz yatdığınızı öyrənin, və xarici qıcıqlandırıcılardan qurtulmağa çalışın.

-işıq
-səs-küy
-temperatur
-qoxu